İqtisadiyyat Nazirliyi yanıda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BT-red.) 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini olmuş Eldar Mirzəyev həbs edilib.
Eləcə də bax: "İdeal"ın keçmiş sahibi həbs olundu
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Eldar Mirzəyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan informasiya ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.