Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəe dilən və parlamentin plenar iclasına tövsiyə olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihədə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi
Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.













