“Azsığorta” ASC Azərbaycanda fəaliyyətdə olan tikinti şirkəti ilə bağlı məhkəməyə müraciət edib.
Eləcə də bax: “Aztelekom” - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Sığorta şirkəti “Beliy Lebed” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edmişdir.
Şirkətin müraciətindəki işin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır.
“Beliy Lebed” MMC-nin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi Nurəddin Kərimov adlı şəxs edir.
Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.