Kürdəmir Elektrik Şəbəkəsi ustasının faciəvi ölümü ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
FED.az xəbər verir ki, hazırda istintaq aparılır.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
Qeyd edək ki, hadisə dekabrın 8-də rayonun Xırdapay kəndi ərazisində baş verib. Belə ki, həmin kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cəryanı vuraraq öldürüb. Məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edirmiş. Bu zaman onu elektrik cəryanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb.
Eləcə də bax: “Ağ şəhər”də iki fəhlə - KANALİZASİYA QUYUSUNA DÜŞƏRƏK ÖLÜB
Report