Banner

Hüquq

"Azercell" icra hakimiyyətini məhkəməyə verib

"Azercell" icra hakimiyyətini məhkəməyə verib | FED.az
17:34 7 May 2019

“Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Tərtər Rayon İcra Hakimiyyətinə qarşı borc tələbinə dair iqtisadi mübahisəyə baxılıb.

FED.az xəbər verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Aygül İsgəndərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC borclu Tərtər Rayon İcra Hakimiyyətindən iddiaçının hesabına ödənilməmiş borca görə 468 manat pul məbləğinin tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş edilib.

Eləcə də bax: Azərbaycanda 27 nəfərin böyrəyini satan - ŞƏXSİN MƏHKƏMƏSİ

Digər xəbərlər

Banner