Banner

Hüquq

“Azercell” əcnəbi şirkətin Azərbaycandakı filialını və daha bir neçə şirkəti məhkəməyə verib

“Azercell” əcnəbi şirkətin Azərbaycandakı filialını və daha bir neçə şirkəti məhkəməyə verib | FED.az
15:47 14 May 2019

“Azercell Telecom” MMC bu dəfə “Mets İzolyasyon Doğal Gaz ve
Mühendislik İnşaat İsıtma Soğutma Sanayi ve Ticaret Limited” Şitkərinin Azərbaycan Respublikasındaki Filialını məhkəməyə verib.

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azercell” 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, 36 manat 21 qəpik abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu, cəmi 56,21 manat vəsaitin ödənməsini xahiş edib.

Bundan əlavə olaraq, “Azercell”, “AB-Tour” MMC, “Caucasus World Travel” MMC, “Spectr-H” MMC və “Comərd Servis” MMC adlı şirkətləri iqtisadi-inzaibati məhkəmələrə verib.

Bildirək ki, bu mobil operator artıq may ayı ərzində bir neçə belə “pul tələbi” iddiası olub. 

Eləcə də bax: “Azercell” bir neçə şirkətlə eyni səbəbdən məhkəmədə “çəkişir”

Digər xəbərlər

Banner