Azərbaycanlı əsirlərə işgəncə verən 51 yaşlı Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib.
Eləcə də bax: Azərbaycanın 4 hərbi qulluqçusu - Həbs Edildi
FED.az xəbər verir ki, onun barəsində Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılıb.
Hakimin qərarı ilə Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinən L.Mkrtyçyan barəsində həbs qətimkan tədbiri seçilib.