Ötən ilin sentyabrında Aİ-nin sanksiya siyahısından çıxarılan azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov Avropa İttifaqı Şurasına məhkəmədə qalib gəlib.
“Babək Səmidli özü xahiş edib ki, Fərhad Əhmədov səsini yazsın”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Aİ Şurasına F. Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları ləğv etmək tapşırılıb. Həmçinin Aİ Şurası indiyə kimi xərclənən bütün hüquqi maddi vəsaitləri ödəyəcək.
Qeyd edək ki, F.Əhmədova qarşı sanksiyalar Rusiya-Ukrayna müharibəsi başlayandan sonra - 2022-ci il aprelin 8-də tətbiq olunmağa başlanıb. Sanksiyaya səbəb kimi sahibkarın Kremlə yaxınlığı, Rusiya iqtisadiyyatının aparıcı sektorlarında işləməsi göstərilirdi.