Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.
Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
FED.az xəbər verir ki, o, həbsinin səbəbləri barədə danışmayıb.
“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”, - deyə Ş.Səmədzadə bildirib.
Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı. (Gununsesi.info)