ABŞ-da yaşayan azərbaycanlı ailəsi pandemiya dövründə fırıldaq yolu ilə hökumətdən böyük məbləğdə kredit almaqda ittiham edilir.
Eləcə də bax: Azərbaycanda bu şəxslərin maliyyə əməliyyatlarına – NƏZARƏT EDİLİR - YENİ SİYAHI
FED.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Kələntərovlar ailəsinin pandemiya dövründə dəstək kreditlərindən fırıldaq yolu ilə istifadə etməsi barədə ittihamnamə Ohayo ştatında açıqlanıb. Ailə ştatda çoxsaylı saxta fermalar yaratmaqla böyük həcmdə – 7,4 milyn dollar kredit cəlb etməkdə ittiham edilir.
Eləcə də bax: Bilərəkdən yanlış məlumat verən fermerlər - Cərimələnəcək
Federal ittiham aktında bildirilir ki, ailənin 6 üzvünün iştirak etdiyi fırıldaq əməliyyatında Ohayonun Şimal-Şərqində onlarla saxta fermer təsərrüfatları yaradılıb ki, bunların pandemiyadan zərər çəkdiyini göstərərək hökumətdən güzəştli kreditlər alınsın.
Ailənin iki üzvü – Aydın Kələntərov və Günay Kələntərli, yaşadıqları Kaliforniya ştatında hələ yanvar ayının 25-də həbs ediliblər.
Onlara teleqraf xidməti və banklarla əlaqəyə girərək fırıldaq ittihamı irəli sürülüb.
ABŞ prokurorluğunun Ohayo ştatı üzrə nümayəndəsi Deniel Ball bildirib ki, ailənin digər 4 üzvünə də ittiham irəli sürülə bilər, onların da bu işdə əli olduğu güman edilir. Bunlar - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli və Kandi Rodriqesdir.
Nümayəndə bildirib ki, fırıldaq yolu ilə mənimsənilən bütün vəsaitlər geri qaytarılacaq.
Qeyd edək ki, bütün ölkələrdə olduğu kimi ABŞ-da da federal hökumət pandemiyadan zərər çəkmiş təsərrüfatlara dəstək üçün güzəştli kreditlər ayırır. Bu vəsait şirkətlərə imkan verməlidr ki, inçiləri ixtisar etməsinlər və xərclərini ödəyə bilsinlər. Amma bəzi hallarda bu vəsaitlər fırıldaq yolu ilə mənimsənilir.
İttihama əsasən Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodriqes, Aydın Kələntərov və Günay Kələntərli şüurlu şəkildə və qəsdən ştatın kiçik biznes idarəsini aldatmaq qərarına gəliblər.
Araşdırma göstərib ki, ailənin 6 üzvü ötən ilin yazında (pandeiyayagörə dəstək tədbirləri başlayanda) Ohayonun şimal-şərqində yerləşən 3 evdə onlarla fermer təsərrüfatı təsis ediblər. Bu şirkətlər «Fresh Ohio Berries», «Ohio Natural Beets», «Organic Ohio Broccoli» və sair adlanırdı.
Bundan sonra ailə hökumətə müraciət edərək ümumi məbləği 7 milyon 447 min dollar kredit alıb. Bu işdə fırıldağın olmasından dövlət işçiləri sonradan - firmaların yaranması tarixinə baxanda xəbər tutublar. Məsələ bundadır ki, sözü gedən şirkətlər 1 apreldən sonra yaradılıb. Qanuna görə isə belə dəstək kreditlərini yalnız fevralın 1-ə qədər yaradılan şirkətlər əldə edə bilərdilər.