“Balacans Agro Food” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Mənimsəmədə təqsirləndirilən şirkət rəhbərinə - HÖKM OXUNDU
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Balakən Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Zamin Tahirovdur.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.