Azərbaycanda iki böyük zavod arasında kommersiya mübahisəsi yaranıb.
Eləcə də bax: Qida Təhlükəsizliyinin keçmiş işçisi - RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, məlumata görə, metal, plastik boru və fitinqlərin istehsalçısı “Met-Ak” MMC “ATEF” Şirkətlər Qrupu MMC-ni məhkəməyə verib.
Şirkət “ATEF” barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib, müqavilələrdən əmələ gələn öhdəliklər yerinə yetirilməməsindən gələn mübahisədən şikayətlənib.
Alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisəyə 23 fevralda baxılması gözlənilir.
“ATEF” Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərir.