Hüquq

Azərbaycanın daha 4 rayonuna yeni prokuror - TƏYİN EDİLİB

Azərbaycanın daha 4 rayonuna yeni prokuror - TƏYİN EDİLİB | FED.az
15:58 22 İyun 2020

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Eləcə də bax: Azərbaycanın 11 rayonuna yeni prokuror təyin edilib - RƏSMİ

Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Bəhruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. 

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.

Digər xəbərlər