Maliyyə Bazarlarına Nəzarət Palatası “Xəzər İnşaat-XXI əsr” MTK-nın inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.
FED.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsi protokola əsasən, şirkəti 473.44 ABŞ dolları cərimə edib.
Eləcə də bax: Tikinti şirkəti 35 min manat - CƏRİMƏLƏNİB
Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Suraxanı Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb. Şirkətə qarşı eyni inzibati xəta ilə bağlı bir neçə cərimə də yazılıb və həmin işlərə də Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən “Xəzər İnşaat-XXI əsr” MTK Bakının müxtəlif hissələrində hündürmərtəbəli binaların tikintisini həyata keçirir.
Report