Bu il Azərbaycanda vəkillərin sayı 2 minə çatdırılacaq. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
FED.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda insanların hüquqi şüurun artması vəkillərə ehtiyacı artıracaq:
“Əgər vəkilliyə ehtiyac ən pik həddə çatsa, on milyonluq əhali üçün 5 min vəkil yetərlidir. Amma bunun üçün də müəyyən zaman lazımdır. Güman edirəm ki, hazırki vəziyyət üçün vəkillərin sayı kifayət qədərdir. Son illərdə Vəkillər Kollegiyası da vəkillərin sayını iki dəfə artırıb. İllər boyu görülməmiş işləri yeni rəhbərlik bir ilə edib. Düşünürəm ki, sərbəst bazar vəkilə olan ehtiyacı da özü tənzimləyəcək. Bu gün regionlarımızda vəkillərə böyük ehtiyac var. Buna görə də Vəkillər Kollegiyası əsas diqqəti ora yönəldib”.
Eləcə də bax: «Sahibkarlar «təmiz» işləmək istəyirlər, amma çəkinirlər» - MİKAYIL CABBAROV