Azərbaycandan külli miqdarda vəsait çıxaran şirkət rəhbəri cəzalandırılıb.
FED.az xəbər verir ki, "ZERNAK" Məhdud Məsuliyyətli Cəmiyyəti 84 min 4 ABŞ dollarını 2023-cü ildə xaricə - "SHAOXING KEQIAO PANJIN TEXTILE CO., LTD"nin müvafiq bankdakı olan hesabına köçürsə də, 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməyib.
Faktla bağlı protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 16 min 800 ABŞ dolları cərimə edilib. (Oxu.az)