Beynəlxalq axtarışda olan daha bir şəxsin Azərbaycana ekstradisiyası təmin edilib.
300 min vergini büdcədən yayındıran iş adamı - HƏBS EDİLDİ
FED.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinın məlaumatına görə, Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən Azərbaycan vətəndaşı Fuad Kərimovun ekstradisiyası haqqında qərar qəbul olunub.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Fuad Kərimovun xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Fuad Kərimov Ukraynanın ərazisində saxlanılaraq oktyabrın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiətilə ölkəmizə gətirilib.
Qeyd edək ki, xüsusilə külli miqdarda ziyan vurmaq yarım milyon manatdan yuxarı vəsaiti nəzərdə tutur. F.Kərimov özəl şirkətlərdən birində rəhbər vəzifədə çalışırmış və bir müddət əvvəl Azərbaycanı tərk edibmiş.