Sosial media platformalarında yayılan gizli kanallar, xüsusilə də "Telegram" üzərindən fəaliyyət göstərən onlayn kazinolara maraq geniş yayılıb.
Dövriyyəsi 10 milyon manatı keçən, onlayn qumar təşkil edən dəstə tutulub - VİDEO
Sadə bir link, qısa bir mesaj və vəd olunan sürətli qazanc sonda böyük maddi itkilər, psixoloji sarsıntılar və hüquqi problemlərə səbəb olur. Bu kanalların əksəriyyəti heç bir rəsmi qeydiyyatdan keçmədən, nəzarətsiz şəkildə fəaliyyət göstərir.
Reallıq isə budur ki, bu sistem hər gün daha çox insanı tələyə salır.
FED.az xəbər verir ki, İT mütəxəssisi Elvin Abbasov bildirib ki, bu tip saytlara bank kartlarını əlavə etmək çox təhlükəlidir:
"Vətəndaşlar bilməlidirlər ki, istər anlıq mesajlaşmaq proqramı, istərsə də birbaşa saytlar üzərindən kazino fəaliyyətlərində iştirakçı olurlarsa, bu o deməkdir ki, onların kart məlumatları artıq orada var. Nəticədə, vətəndaşlar dələduzluğa məruz qala bilərlər".
Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunur: "Bir daha vətəndaşlara qanunsuz qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə edirik".