Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə cərimə müəyyənləşir.
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
FED.az xəbər verir ki, bu, Milli Məclisin mayın 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Tütün və tütün məmulatları haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə ediləcəklər.