Azərbaycanda xarici sənədlərin məsafədən tərcüməsi xidməti yaradılıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanıb və yaxın vaxtlarda istifadəyə veriləcək.
İ. Məmmədov, həmçinin qeyd edib ki, hazırda ölkədə notariat ofislərində təsdiq olunan sənədlər “Mobil notariat” vasitəsilə əldə olunur: “Bu tətbiq vasitəsilə insanlar dünyanın istənilən yerində, o cümlədən türk dövlətlərində müxtəlif növ notariat xidmətlərindən fasiləsiz rejimdə mobil telefonları ilə yararlana bilirlər”.