Son bir ildə Azərbaycanda vəkillərin sayı 1500-ü keçib.
FED.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının dekabrın 7-də keçirilən hesabat-seçki konfransında bildirilib. Tədbirdə bildirilib ki, il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda respublikada fəaliyyət göstərən vəkillərin sayı 939-dan 1503-ə çatdırılıb. Bundan başqa, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlər göstərilib, bu məqsədlə mikroavtobus da alınıb. Bundan başqa, «ASAN xidmət» və «ASAN Kommunal» mərkəzlərində vəkil büroları da yaradılacaq.
Tədbirdə bildirilib ki, 2017-ci ildə ölkə ərazisində 39 vəkil qurumu fəaliyyət göstərib. Son bir il ərzində isə regionlarda 11, ümumilikdə 31 yeni vəkil qurumu fəaliyyətə başlayıb. Bununla da vəkil qurumlarının sayı 70-ə çatıb. Qanunsuz “vəkillik” hallarına qarşı mübarizə üçün isə Vəkillər Kollegiyası Rəyasət Heyətində “Qaynar xətt” yaradılıb.
Tədbirdə Rəyasət Heyətinin sədri Anar Bağırov yekdilliklə yenidən bu vəzifəyə seçilib. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının tərkibi də formalaşdırılıb. Habelə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyası təsdiqlənib.