Azərbaycanda üç bələdiyyə sədrinə cinayət işi açılıb.
Ağstafada bələdiyyə sədrinə qarşı - CİNAYƏT İŞİ BAŞLANILIB
FED.az xəbər verir ki, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə əksini tapıb.
Sənəddə qeyd edilib ki, Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən kənar qaydada 44 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarəsinə ayrılması faktları üzrə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü maddələri, eyni zamanda Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən kənar qaydada 44 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarəsinə ayrılması faktları üzrə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Bundan əlavə Zərdab rayonu Dəkkəoba bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid 28 ha torpaq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Zərdab rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 179.2.2-179.2.4-cü (mənimsəmə və ya israf etmə), 309.1-ci, 312.1-ci (rüşvət vermə) və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Həmçinin Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsipinə zidd olaraq təkbaşına qərar qəbul edilərək 9,48 ha torpaq sahəsinin icarəyə verilməsi barədə saxta iclas protokollarının və qərarların tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb.