Azərbaycanda avtomobil satışı həyata keçirən “Toyota Absheron Merkezi” MMC barəsində cərimə protokolu tərtib edilib.
Eləcə də bax: İki milyon manatlıq dələduzluqda təqsirləndirilən - İş Adamına Bəraət Verilib
FED.az Banker.az-a xəbər verir ki, Abşeron Rayon Məhkəməsinə Mərkəzi Bank tərəfindən göndərilən cərimə protokolunda İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi ilə inzibati xəta qeyd edilir.
Bu maddədə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə cərimə edilir. Hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
2019-cu ilin noyabrında etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasında olan bu səlahiyyət, Palatanın ləğvindən sonra AMB-yə ötürülüb.