“Mətanət A” şirkətinin sabiq əməkdaşı mənimsəmədə ittiham olunur.
“Qurtuluş 93”ün sədri - 166 Min Manat Mənimsəyibmiş
FED.az xəbər verir ki, şirkətin sabiq əməkdaşı Hafis Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham olunur.
Məlumata əsasən, o, “Mətanət A” şirkətində ekspeditor vəzifəsində çalışıb. Həmin vəzifədə olarkən H.Məmmədov şirkətin 40 min 715 manat əmlakını ələ keçirib.
Məhkəmə onun barəsində polisin nəzarəti altına vermə qərarı qəbul edib. İş üzrə məhkəmə istintaqı davam edir. (Lent.az )