Külli miqdarda mənimsəmədə təqsirləndirilən Nəsimi Əliyevin barəsində çıxarılmış qərardan kassasiya şikayəti verilib.
FED.az xəbər verir ki, Ali Məhkəməyə daxil olan müraciətdə təqsirləndirilən şəxs ona bəraət verilməsini istəyir.
Eləcə də bax: "Günay Sığorta”nı daha bir şirkət - MƏHKƏMƏYƏ VERİR
Cinayət işi hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.
İttiham aktına əsasən, N.Əliyev 13 avqust 2012-ci il tarixindən 22 yanvar 2016-cı il tarixinədək “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəki nümayəndəliyinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib.
Belə ki, o, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərinin icbari sığorta şəhadətnamələrinin satışından əldə edilmiş vəsaitlərin komissiya haqları çıxıldıqdan sonra, ümumilikdə, 222 473 manat məbləği mənimsəyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə “Azərbaycan Sənaye Sığorta” ASC-nin cavabdeh N.Əliyevdən 222 473 manat məbləğində pulun tutulmasına dair mülki iddiasını təmin edib.
Şəki Apelyasiya Məhkəməsi isə Nəsimi Əliyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 8 il 6 aya, birinci instansiya məhkəməsinin təmin etdiyi 222 473 manat məbləğində mülki iddianı 155 545 manata endirib.
Oxu