Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək.
Eləcə də bax: Azərbaycanda idman mərc oyunlarının və lotereyaların reklamı - QADAĞAN EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.
Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.