Azərbaycanda fərdi məlumatlar haqqında qanunvericiliyi pozan şirkətə cərimə protokolu yazılıb.
Eləcə də bax: “İstanbul NS” klinikası - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az xəbər verir ki, “İnci laboratoriyaları” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 375.0.2-ci (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin baxış iclasının aprelin 12-nə təyin edilib.
Bu xətaya görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, mətbuatda “İnci laboratoriyaları” MMC-nin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlıya məxsus olduğu qeyd edilir. (Report)