Azərbaycanda dövlət satınalmaları sahəsində mühüm yenilik olub.
Prezidentin Təhlükəsizlik Xidməti Milli Qvardiyanın tenderlərini kimlər udur? – SİYAHI, MƏBLƏĞLƏR
İyun ayından etibarən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti - Milli Qvardiya açıq tenderlər keçirməyə başlayıb.
FED.az xəbər verir ki, Milli Qvardiya mal və xidmətlərin tender üsulu ilə alınmasına bu ilin iyunundan başlayıb.
Artıq ilk ayın nəticəsində Xidmət həyata keçirdiyi 6 tenderlə 1,2 milyon manatlıq mal və xidmət alıb. İlin sonunadək daha 9 tenderin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yerinə yetirdiyi vəzifələr və fəaliyyət xarakterinə görə məxfi qurumlarından sayılan Təhlükəsizlik Xidməti ilə bağlı digər məlumatlar kimi, satınalma barədə informasiyalar da – sifarişlər, satınalmalar, məbləğlər və sair - indiyədək ictimaiyyətə açıqlanmırdı.
Bu baxımdan Prezidentinin Təhlükəsizlik Xidməti - Milli Qvardiyanın açıq tenderlərə başlaması dövlət satınalmaları sahəsində mühüm yenilik, yerli sahibkarlar üçün isə sifariş əldə etmək imkanıdır.
Qeyd edək ki, ötən ildən başlayaraq digər «məxfi» qurum – Milli Məclisin də tenderləri və satınalmaları ictimaiyyətə açıqlanmağa başlayıb.