Azərbaycanda şirkət təsisçisi barəsində cinayət işi açılıb.
Eləcə də bax: Məhkəmə milyarder Əhmədovun oğlunun məktublarının mətnini - “Google”dan Tələb Edib
FED.az xəbər verir ki, "Easy Pay” MMC-nin təsisçisi Pərviz Əliyev istintaqa cəlb edilib.
Araşdırma zamanı onun həmin şirkətə məxsus 200 min manata yaxın pulu mənimsədiyi məlum olub.
P.Əliyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
Qeyd edək ki, "Easy Pay” ("Epay”) MMC elektron ödəniş operatorudur. (Report)