2021-ci ildə Azərbaycaqnda narkotiklə bağlı cinayətlər 60% artıb.
Eləcə də bax: Özünüz də bilmədən narkokuryer ola bilərsiniz! - MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verirki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, əgər 2020-ci ildə narkotiklərlə bağlı 5252 cinayət baş vermişdisə, 2021-ci ildə bu rəqəm 8 571-ə yüksəlib və ya artım 60% olub.
Ölkədəki ümumi cinayətlərin arasında narkotik cinayətlərinin payı da artıb. 2020-ci ildə ölkədə hər 100 cinayətin 20-si narkotivlə bağlı idisə, 2021-ci ildə bu rəqəm 27-yə yüksəlib.
Narkotiklərin satışı isə 70%-dən çox artıb. Belə ki, 2020-ci ildə narkotiklərin satışı ilə bağlı 1895 hal qeydə alınmışdısa, 2021-ci ildə bu rəqəm 3274-ə yüksəlib.
Narkotik satışı ilə məşğul olanların sayı isə 50%-dən çox artaraq 2020-ci ildəki 4233-dən 2021-ci ildə 6490-a yüksəlib – 53% artım.
2021-ci ildə narkotiklə bağlı cinayət törədən şəxslərin arasında 14-17 yaşlı uşaqların sayı 3 dəfə artaraq 4-dən 12-yə yüksəlib.
Ümumiyyətlə 2020-ci ildə narkotik ticarət törədənlərdən 326-sı 24 yaşına qədər olanlar idisə, 2021-ci ildə bu rəqəm 473-ə yüksəlib – 45% artım var.
:Narkotik cinayət törədənlər arasında qadınların da sayı artıb. 2020-ci ildə qadınların iştirakı ilə cəmi 85 cinayət qeydə alınmışdısa, 2021-ci ildə bu rəqəm 143 olub – artım 68%.
Məlum olub ki, 2021-ci ildə narkotik cinayətləri törədəndərin 38%-i bir dəfə buiş üstə həbs cəzası alanlardır. 2020-ci ildə bu rəqəm 29% idi.
2021-ci ildə 5468,6 kiloqram və ya əvvəlki illə müqayisədə 1,5 dəfə çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Bunlardan 3263,2 kiloqramını heroin, 1224 kiloqramını marixuana, 697,4 kiloqramını tiryək, 56,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,3 kiloqramını kokain, 226,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib. 2020-ci illə müqayisədə heroin dövriyyəsi 40%, marixuana dövriyyəsi 35%, tiryək dövriyyəsi 2,5 dəfə artıb. Həşiş və kokain dövriyyəsi isə azalıb.