Yaxın vaxtlardan Azərbaycanda müqavilələrinin videogörüntü ilə təsdiqlənməsi prosesinə başlanacaq. Bu barədə FED,az-a Ədliyyə Nazirliyinin informasiya komunikasiya və texnologiyalar idarəsinin rəisi Ağakırim Səmədzadə bildirib.
Onun sözlərinə görə, hələ 2018-ci ilin sonunda qanunvericiliyiə edilən dəyişikliklər imkan verirdi ki, notariusda müqavilə bağlanarkən tərəflərdən biri buraya videogörüntü vasitəsilə qoşulub imzasını-razılığını təsdiqləsin: «2018-ci ilin sonun qanunvericiliklə bağlı təşəbbüsümüzlə dəyişiklik baş verib və video əlaqə vasitəsi ilə müqavilənin təsdiq edilməsi, yəni şəxs gələ bilmədiyi halda belə elektron notarius üzərindən qoşulur və elektron notarius üzərindən əməliyyat rəsmiləşdirilə bilər və hətta müqaviləni təsdiq edə bilər». B
Amma prosesin texniki tərəfinin mürəkkəb olması bu yeniliyin indiyədək tətbiqinə imkan verməyib. İndi isə Ədliyyə Nazirliyində bununla bağlı işlər aparılır və həmin xidmət «Elektron notarius» layihəçiiçərçivəsində reallaşacaq: «Qısa müddət ərzin də biz yeni nəsil elektron notariat sistemi istifadəyə verəcəyik və o sistem üzərindən video notariatı da nəzərə almışıq»
A.Səmədzadə bildirib ki, bu yenilik əvvəlcə desktop versiyası üzərindən, sonrakı mərhələdə isə smartfonlar üzərindən mümkün olacaq.