"Facade” MMC, “Zəhmət-Ruzi” MMC və “Dübrar” su zavodunun mühasibi işləmiş Xəyal Rəşidov, həmin zavodun keçmiş icraçı direktoru Şamil Ağacanovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Menecer şirkətin 90 min manatdan artıq pulunu mənimsəməkdə - İTTİHAM OLUNUR
Abşeron rayon Prokurorluğundan FED.az-a verilən xəbərə görə, istintaqla Xəyal Rəşidovla Şamil Ağacanovun qabaqcadan əlbir olub “Facade” MMC-yə məxsus 106 min 746 manat, “Zəhmət-Ruzi” MMC-yə məxsus 81 min 191 manat və “Dübrar” su zavoduna məxsus 161 min 534 manat olmaqla, ümumilikdə 349 min 471 min məbləğdə pul vəsaitini “Online Banking” (İnternet Bankçılıq) sisteminə müdaxilə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Xəyal Rəşidov və Şamil Ağacanova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/