Yaxın vaxtlarda Azərbaycanda sahibkarlarla bağlı biznes mübahisələrinin həlli üçün yeni qurum yaradılacaq. FED.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən «Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi» mövzusunda tədbirdə bildirilib.
Tədbirdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov mübahisələrin alternativ həll variantlarının yaradılmasının sahibkarlığın inkişafına kömək etmək məqsədi daşıdığını bildirdi.
Eləcə də bax: Məhkəməyə getmədən, məsələni 1 günə həll edin – YENİ ÜSUL
G.Kərimov 6 mindən çox üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbi kimi bir qurumun yaradılmasını təklif edib. Yerli arbitraj məhkəmələrinin fəaliyyətə başlamasının isə ümumilikdə məhkəmələrin yükünü azaldacağı bildirilib.
Qeyd edək ki, mediasiya - mübahisələrin danışıqlar yolu ilə həll edilməsi üsuludur və inkişaf etmiş ölkələrdə biznes mübahisələrinin sürətli həlli üçün geniş tətbiq edilir. Azərbaycanda «Mediasiya haqqında» qanun bu ilin əvvəlində qəbul edilib.