Azərbaycanda məhkəmə tibb ekspertlərinin maaşları artırılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklikdə nəzərdə tutulur.
Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Maaşlar vəzifədən asılı olaraq 80 manatdan 270 manatadək artıb.
Azərbaycanda məhkəmə tibb ekspertlərinin – MAAŞLARI ARTIRILIB - MƏBLƏĞLƏR

11:52
15 Avq 2019