Azərbaycanda məhkəmə hakimlərinin əmək haqqının artırılması gözlənilir.
Azərbaycanda orta aylıq əmək haqqı 8% artıb
FED.az xəbər verir ki, hökumətdə hakimlərin statusu, onların gördüyü işin həcmi nəzərə alınaraq, eləcə də məhkəmələrdə dürüstlüyə nail olunması baxımından hakimlərin əmək haqlarına yenidən baxılması, yəni artırılması təklif edilib.
FED.az-ın əldə etdiyi məlumata görə, hazırda hakimlərin maddi vəziyyətini yaxşılaşdırılması məsələsi müzakirə edilir. Bununla bağlı qanun layihəsi hazırlanıb və aidiyyatı üzrə razılaşdırılmaqdadır.