Banner

Hüquq

Azərbaycanda məhkəmə hakimi özü-özünə etiraz edib

Azərbaycanda məhkəmə hakimi özü-özünə etiraz edib | FED.az
15:06 25 İyun 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

FED.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri - Eldar İsmayılov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.

Buna görə də hakim özü-özünə etiraz edib.

Məhkəmə etirazı təmin edib. Bundan sonra cinayət işi üzrə məhkəmə iclası hakim E.İsnayılovun iştirakı olmadan keçiriləcək.

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Ç.Murarov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Banner