Azərbaycanın məhkəmə sistemində mini rekord qeydə alınıb. FED.az xəbər verir ki Bakının rayon məhkəmələrindən birində yüzlərlə iddiaya cəmi bir neçə dəqiqəyə baxılaraq qərar verilib.
Ədliyyə Nazirliyindən FED.az-a bildirilib ki, bu yenilik elekton məhkəmə sisteminin tətbiqi nəticəsində məlum olub.
«Məhkəmə xidmətlərindən yararlanan iri istifadəçilərdən biri bu yaxınlarda bir dəqiqə ərzində Bakının rayon məhkəməsinə borcun ödənilməməsi barədə 300 elektron iddia ərizəsi verib və 15 dəqiqə ərzində onların hamısına dair məhkəmə qərarları alıb»-deyə nazirlikdən bildirilib.