Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən “İmam Həsən” məscidinə ötən il qazdan istifadəyə görə “Azəriqaz” tərəfindən dini icmaya külli miqdarda borc qəbzi verilib.
FED.az-ın verdiyi xəbərə görə, qəbzdə məscidin 180 min manatlıq qaz borcunun yarandığı qeyd olunub.
Bununla bağlı məscidin dini icması 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək borcun əsassız olaraq hesablandığını bildirib və silinməsini istəyib.
Məhkəmə məscidin tələbini müsbət cavablandırıb və qaz borcunun silinməsinə qərar verib.