Azərbaycanda marketdə yarım milyon manatdan çox mənimsəmə olub.
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Şəmkir rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” adlı marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Eləcə də bax: Abşeronda ət kombinatından 80 tondan artıq ət oğurlayan şəxslər tutulub - VİDEO
Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir Rayon Prokurorluğuna tapşırılıb. (Report)