2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rüşvət, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlayıb məhkəmələrə göndərib.
Eləcə də bax: Azərbaycanda əmlak satışından toplanan – VERGİNİN MƏBLƏĞİ AÇIQLANDI
FED.az-ın məlumatına görə. Prokurorluqda keçirilən iclasda bildirilib ki, həmin işlər üzrə 83.1 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatı ödətdirilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə isə 40.3 milyon manatlıq əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödətdirilməsi təmin edilib.