Azərbaycanda məhkəmələrdə baxılan və həll olunmayaraq gələn ilə keçən kommersiya mübahisələrinin sayı kəskin artıb.
Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə məhkəmələr tərəfindən baxılan 1000-ə yaxın kommersiya mübahisələrinin bir hissəsinin həlli növbəti ilə qalıb.
FED.az Ali Məhkəməyə istinadən xəbər verir ki, ötən il kommersiya məhkəmələrində 937 kommersiya mübahisəsinə baxılıb, bu, 2024-cü illə müqayisədə 142 iş (18%) artıqdır. Belə ki, 2024-cü ildə baxgılan kommersiya mübahisələrinin sayı 795 idi.
2025-ci ildə məhkəmələrdə baxılan işlərin 769-u yekunlaşdırılıb, əvvəlki ildə baxılaraq yekunlaşdırılan işlərin sayı 712 olmuşdu.
Bununla yanaşı, qeyd edək ki, mübahisələrin sayı artsa da işlərin yekunlaşdırılması sürəti azalıb. Belə ki, 2024-cı ildə baxılan 795 kommersiya mübahisəsindən il ərzində 712 mübahisə, yəni baxılan işlərin 89%-u yekunlaşmışdı. 2025-ci ildə isə 937 mübahisədən yalnız 769-u (82%) yekunlaşıb.
2024-cü ildə komimersiya məhkəmələrində baxılan işlərin 83-ü növbəti ilə keçdiyi halda, 2025-ci ildə baxılan işlərin 168-i və ya 2 dəfə artıq iş 2026-ı ilə keçib.













