Ali Məhkəmə 190 manat birdəfəlik ödəmənin verilməsi barədə vətəndaşın xeyrinə qərar qəbul etmişdir.
Eləcə də bax: Azərbaycanda məhkəmə hakimi rüşvət aldığına görə - HƏBS EDİLDİ
FED.az xəbər verir ki, nikahı ləğv edilmiş vətəndaşa 190 manatlıq ödəmənin verilməsindən imtina əsası kimi onun əslində ləğv edilmiş nikahı və əvvəllər nikahda olduğu ərinin işləməsi göstərilmişdir.
Lakin vətəndaş sübut təqdim etmişdir ki, o 190 manatı almaq üçün müraciət etdiyi zaman evli deyildi və nikahı artıq ləğv edilmişdir. Vətəndaşın tələbi əsaslı hesab edilmiş və Bakı İnzibati Məhkəməsinin qərarı iddia tələbi təmin edilərək xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar işsiz kimi qeydiyyatdan keçmiş iddiaçıya ödənilməli olan 190 manat aylıq sosial müavinətin 2020-ci ilin mart ayından başlayaraq ödənilmədiyi aylar üçün (cəmi 950 manat) ona ödənilməsi öhdəliyi Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Ali Məhkəmə də vətəndaşın xeyrinə çıxmış qərarı qüvvədə saxlamışdır. (parvizmammadov.az)