Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib.
FED.az Unikal.org-a istinadən xəbər verir ki, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu rüşvət alarkən iş başında yaxalanıb.
Eləcə də bax: Daha bir icra başçısı - İŞDƏN ÇIXARILDI - SƏRƏNCAM
İH-dən isə bildirilib ki, Nizaməddin Quliyev ezamiyyətə gedib.
Xatırladaq ki, 2019-cu ildə mərkəzləşmiş büdcədən Ağstafa rayonuna pul ayrılmamışdı, amma 2020-ci ildə büdcədən rayonu təqribən 1,3 milyon manatın ayrılması nəzərdə tutulurdu.
Eləcə də bax:«Təmiz» işləyən nazir nə qədər maaş almalıdır? — ARAŞDIRMA
Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.
Eləcə də bax: Yevlax İcra Hakimiyyətinin qarşısındakı yol - 15 İLDİR BAĞLI İMİŞ
Xatırladaq ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Eləcə də bax: Azərbaycanda 6 rayonun - BÜDCƏDƏN PULU KƏSİLİB - SİYAHI