Azərbaycanda hər bir məhkəmə hakimi orta hesabla hər ay 100-dən çox işə baxır.
FED.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib. Onun sözlərinə görə, mülki xarakterli işlər kifayət qədər çox olmaqla birinci instansiya məhkəmələrində onların sayı bəzi illərdə 470 minə çatıb. «Hazırda 1 hakim hər ay orta hesabla 100-dən çox işə baxır. Təbii ki, belə ağır iş yükü müddətlərə və keyfiyyətə mənfi təsir göstərir»-deyə nazir bildirib. Nakimlərin yükünü azaltmaq üçün onların sayının artırılması nəədə tutulur.
Eləcə də bax: Özəl məhkəmə eksperti olmaq qaydası – AÇIQLANDI
Nazir bildirib ki, hakimlərin iş yükü digər vasitələrlə də azaldılır. Belə ki, «bu ildən qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunmuş, iqtisadi işlər üzrə icraatın yalnız elektron qaydada - “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması və məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilmiş, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılmış, habelə icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilmişdir».