Hazırda Azərbaycanda 654 hakim fəaliyyət göstərir.
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda nümayiş olunan videoçarxda bildirilib.
Qeyd olunub ki, rəqəmin ilin sonuna qədər 700-ə çatdırılması gözlənilir. 2027-ci ilin sonuna qədər isə hakimlərin sayı 800-ə çatdırılacaq. (Report)