Azərbaycanda yaradılan «Elektron Məhkəmə» sisteminin gətirdiyi yeniliklər və imkanlar, eləcə də vətəndaşların və sahibkarların bu imknalarlan istifadə etməsi ilə bağlı FED.az-ın sullarına «Elektron məhkəmə» informasiya sistemi üzrə işçi qrupunun üzvü Xəyyam Bayramov cavab verir.
Eləcə də bax: Məhkəmələrdə inqilabi yenilik – ÖZƏL İCRA QURUMU YARADILACAQ – NAZİRLİK AÇIQLADI
- Xəyyam müəllim, «Elektron məhkəmə» o deməkdir ki, biz məhkəməyə elektron, yəni internetlə müraciət edə bilərik?
- Məhkəməyə elektron müraciət «Elektron məhkəmə»nin tərkib hissəsidir. Adi məhkəmədə vəkilə müraciət olunurdu. Sonra həmin sənəd çap olunurdu, imzalayıb gedirdiz poçta və ya şəxsən gətirirdiz məhkəməyə, gözləyirdiniz ki, məhkəmədən məlumat gələcək ki, baxış oldu və nə vaxt gəlmək lazımdır, məhkəməyə gəlirdiniz və sair. Hər bir məlumatı almaq üçün vətəndaş vaxt sərf etməli idi.
- İndi belə deyil?
- Xeyr, hal-hazırda sistem imkan verir ki, siz şəxsi kabinetdən qeydiyyatdan keçən kimi istənilən məhkəmədə barənizdə açılan iş barədə avtomatik məlumat alasınız.
- Yəni hazırda kimsə elə evində əyləşərək başqasını məhkəməyə verə bilər?
- Bəli, hazırda evdə otumaqla başqa birisinə məhkəmə iddiası qaldırmaq da olar. Azərbaycanın 4 regionu Bakı, Sumqayıt, Şəki və Naxçıvan bu sistemə qoşulub. Hazırda bütün ölkənin bu sistemə qoşulması üzərində iş gedir və yəqin ki, növbəti iki il ərzində bütün ölkə bu sistemə qoşulacaq.
- Bu sistemdən yalnız hüquqşünaslar və vəkillər istifadə edə bilər, ya o bütün vətəndaşlar üçün açıqdır?
- Bu təkcə hüququşünaslar və iş adamları üçün deyil, adi adamlar da elektron məhkəməyə müraciət edə bilərlər. İstənilən şəxs öz asan imzası, elektron imza, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərək sistemdən istifadə edə bilər.
- Gələn dəqiqləşdirək, tutaq ki, bir sahibkar digərini məhkəməyə vermək istəyir və məhkəməyə getməyə vaxtı yoxdur. O bu sistemdən necə istifadə edə bilər?
- Əslində bütun sahibkarlarda elektron imza – «ASAN imza» var. Həmin imza kifayətdir ki, həmin şəxs və ya onun qanuni nümayəndəsi, evdən çıxmadan e-məhkəmə.gov.az-dan qeydiyyatdan keçməklə və şəxsi kabinet yaratmaqla istənilən sahibkar başqa bir sahibkarı məhkəmə verə bilsin. Əgər ünvanı yadda saxlamaqda çətinlik çəkənlər varsa, sadəcə axtrış sistemində vahid məhkəmə portalına daxil olub orada «Elektron məhkəmə» bölməsini seçir və ya şəxsi kabinetdən istifadə qaydalarını da endirib tanış ola bilər.
- Belə çıxır ki, «Elektron məhkəmə» sisteminin köməyilə kimisə məhkəməyə vermək üçün hökmən şəxsi kabinet olmalıdır?
- Belə deyək, 2018-ci ilin 28 dekabrında Mülki Prosesual Məcəlləyə edilən dəyişikliyə görə, iqtisadi məsələlər üzrə yalnız şəxsi kabineti vasitəsi ilə iddia qaldırıla bilər. Lakin digər yuristiksiya üzrə məhkəmələrdə, o cümlədən rayon məhkəmələrində ikili yanaşma saxlanılıb.
- Biz iqtisadi məhkəmələrdən danışaq. Deməli biznes nümaynədəsi daxil olur kabinetə İqtisadi məhkəmələrdə fiziki şəxslər daxil olurlar sistemə və elektron kabinet yaradırlar. Bu kabineti yaratmaq çətin prosesdir?
- Xeyr, cəmi 5 dəqiqə çəkir. Bundan sonra qarşı tərəfi məhkəməyə vermək olar.
- İş adamı və ya şirkəti məhkəməyə vermək barədə danışırıq, tutaq ki, iş adamı var, və başqası ona borcunu qaytarmır – ənənəvi problem. Qarşı tərəfi məhkəməyə vermək üçün sadəcə onun adını yazmaq lazımdır, yoxsa əlavə məlumatlar da tələb olunur?
- İqtisadi mübahisələrdə cavabdeh tərəf qarşısında həmişə məlumat var. Ən azı cavabdeh tərəfin VÖEN-i məlumdur. VÖEN-in bilinməsi yetərlidir ki, tərəf kimi həmin şəxs əlavə olunsun. Çünki bizdə elektron məhkəmə bir çox dövlət qurumlarının elektron sitemi ilə inteqrasiya olunub. İlin sonuna qədər bu sahədə bütün işlər tamamlanacaq. Nəticədə elektron sistemə adın daxil edən kim Vergilər Nazirliyinin müvafiq sistemindən məlumat götürülür və bu məlumatlar sistemə oturmuş olur.
- Belə çıxır ki, 7/24 rejimdə istəniləne şəxs başqasını məhkəməyə verə bilər?
- Bəli, bu sistemin üstünlüyü də ondan ibarətdir ki, istənilən yerdə – bağda, evdə, xaricdə olmaqla, istənidən anda başqa bir şəxsə qarşı məhkəməyə iddia ərazəsi ilə müraciət edə bilər. Sadəcə bunun üçün elektron imza kifayətdir. Müraciətdən sonra növbəti iş günündə məhkəmə həmin müraciət üzərində işləməyə başlayacaq.
- Bəs bu sistem vasitəsilə kimisə məhkəməyə verəndə iddia ərizəsi necə yazılır? Çünki ola bilər, iddiaı hüquqdan o qədər də məlumatlı deyil.
- Hər hansı bir hüquqi sənədin hazırlanması üçün əlbəttə ki, hüquqi savad olmalı, ya da hüquqşünasa müraciət etmək lazımdıpr. Beynəlxalq təcrübədə süni intellektdən də istifadə edilir. Misal olaraq hər hansı mübahisə növünü seçirsiz və ona uyğun məlumatı formalaşdırır.
- Yəni süni intellekt maddəni özü seçir?
- Bəli, hazırda bu yanaşma bizdə hakim tərəfdədir. Bu hakimə imkan verir ki, istənilən məhkəmə sənədinin qərarını, məhkəmə qərarından başqa avtomatik formalaşdırsın. Bu vaxtında sənədin vətəndaşa çatdırılmasına kömək edir.
Bundan başqa, marifləndirmə üçün vahid məhkəmə portalında məhkəmə müraciət sənədlərinin nümunələr yerləşdirilmişdir. Eyni zamanda AMEA-nın hüquq və insan haqları inistutu nəznində pulsuz hüquqi yardım məkəzi yaratmışıq. Vətəndaşlar ora ödənişsiz müraciət edərək məsləhət ala bilərlər.
- Şəxsi kabinet vətəndaşa əlavə hansı üstünlük verir? Heç kəsi məhkəməyə vermədən də şəxsi kabinet açmaq olarmı?
- Bəli, bu mümkündür, iddiaçı olmadan da şəxsi kabinet açmaq olar. Əslində mən bütün vətəndaşlara müraciət edirəm ki, sistemdə qeydiyyatdan keçi belə indidən şəxsi kabinet açsınlar. Bu proses sürətlənib. Qeyd edək ki, 2018-ci ilin sonuna qədər şəxsi kabinet istifadəçiləri 500-600 nəfər idi. Sonuncu dəyişiklikdən sonra hal-hazırda isə 3 mindən artrıqdır. Şəxsi kabinetin yaradılması niyə belə vacibdir? Məsələn, əvvəllər sizin xəbəriniz olmadan hər hansı məhkəmədə mübahisə yaranırdı və artıq qərar qəbul ediləndən sonra, icraya yönəldiləndən sonra məlum olurdu. Amma şəxsi kabinet olduqdan sonra bütün bu proseslərdən öncədən məlumat ala biləcəksiniz.
- Gəlin dəqiqləşdirək, əgər mənis elektron məhkəmə sistemində şəxsi kabinetim varsa, Azərbaycanda mənə qarşı qaldırılan bütün iddialardan, eləcə də məhkəmədə istənilən tərəf kimi iştirakımdan anında ca xəbər tuta biləcəm. Elədirmi?
- Bu avtomatik qaydada işləyir. Barənizdə bir iddia verilən kimi o dəqiqə məlumatlandırılacaqsız. Hətta məhkəmə cavabdeh tərəf olmasa da yəni maraqlı tərəfdə olsa həmin şəxs bunu biləcək.
- Əvvəllər necə olurdu? Vətəndaş nə vaxt bilirdi ki, məhkəməyə verilib?
- İndiyə kimi bu proses belə idi ki, nə vaxt məhkəmə işçisi sizə zəng etsəydi və ya bildiriş gəlsədi ki, məhkəməyə gəl, onda siz bilirdiniz ki, məhkəməyə verilmisiniz. Bundan başqa, məhkəmənin fəaliyyətini yüngülləşdirmişik. Yəni əgər şəxsi kabinetiniz olmasa məhkəməyə verilən şəxsə sms bildirişi gəlir ki, o məhkəmə verilib. Çünki əvvəllər belə hallar olurdu ki, məktub gedirdi şəxsin qeydiyyatda olduğu ünvana amma həmin şəxs orada yaşamırdı, tapmaq olmurdu. İndi isə mobil telefon artıq hamıda var. Sizin adınıza olan telefon nömrəsi başqasında olsa da, bu SMS daxil olan kimi, sizi məlumatlandıracaqlar. Ona görə belə halların qarşısını almaq üçün düşünülüb.
- Elektron sistemin işə düşməsi məhkəmələrə müraciət saylarını artıra bilərmi? Mərkəmələr buna hazırdımı?
- Məhkəmə işlərinin sayının artması cəmiyyətdə baş verən proseslərdən və məhkəməyə olan inamdan asılıdır. Bildiyiniz kimi 2015-ci ilə devalvasiya baş verdi bundan sonra məhkəmələrə müraciətlərin sayı artmışdı. Təxminən mülki mübahisələrlə bağlı müraciətlər 60% təşkil etmişdir. Bu problemi çözmək üçün avtomatlaşdırılmış əmr icraatı sistemi yaratmışdıq. 1 mart 2017-ci ildən 2018-ci ilin sonuna kimi bu işləməkdə idi. Bu sistem imkan verirdi ki, sahibkar borc sənədlərinə dair iddialarını elektron qaydada təqdim etsin və bir gün ərzində məhkəmə tərəfindən həmin ərizə üzrə məhkəmə əmri çıxarılsın, borcun alınması ilə bağlı qərar çıxarılsın. Qanunvericiliklə bu 3 gün olduğu müddətdə biz 1 gün üzrə həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilsin. Bu sistem üzrə 30 mindən çox işə baxıldı və qərar çıxarıldı.
- Bu qərarlar nə qədər ədalətli olurdu, axı bir günə qəbul edilmişdi?
- Biz bu üsulun keyfiyyətini belə yoxladıq. Adətən belə qərarlardan 1- gün ərzində şikayət edilə bilərdi. Bu adi haldır. Biz araşdıranda isə məlum oldu ki, bu qərarlardan şikayət ümumi işlərin cəmi 7%-ni təşkil edir. Yəni hər 100 qərardan 7-si şikayət edilirdi. Bu da ənənəvi qaydada baxılan işlərdəki kimi idi.
- Belə çıxır ki, siz devalvasiyadan sonrakı iddia bumunu bu yeniliklə idarə edə bildiniz.
- Bəli, elədir.
- Xəyyam müəllim, elektron məhkəmə sistemi prosesi sürətlənirir – iddia qaldırmaq və məhkəməyə baxış posesi sürətli gedir. Bəs işə ədalətlə baxılmasına necə təsir edir?
- Əslində, ədalət anlayışı nisbidir. Qeyd edə bilərəm ki, elektron məhkəmə sistemi imkan verir ki, xoşagəlməz bəzi halları aradan qaldırsın. Misal üçün, işlərin hakimlər arasında paylanması. Artıq verilən iddia ərizələri hakimlər arasında təsadüfü qaydada paylanılır.
- Yəni əvvəllər kimsə hansısa işi, hansısa məqsədlə hansısa hakimə verə bilirdisə, artıq bunu sistem müəyfən edir?
- Belə deyək, əvvəllər insan faktoru rol oynayırdı, işləri məhkəmənin sədri paylayırdı, bəzi xoşaəlməz hallar olurdu. Hal hazırda isə bu hallar aradan qaldırılıb, bu işlə yalnız sistem məşğul olur.
Eyni zamanda şəffaflıq yaradır. Vətəndaş avtomatik qaydada hakimin bütün addımlarını izləyə bilir. Misal üçün, əvvəllər elektron sistem olmadan vətəndaş gedirdi məhkəməyə, qərar alması üçün xahiş edirdi, vaxt itirirdi.
- Bəzi hallarda qərar çıxırdı qərarı ala bilmirdilər ki, iddia versinlər.
- Bəli elədir, indi isə Şəxsi kabinet imkan verir ki, vətəndaş evdə oturaraq məhkəmə işləri ilə tanış olsun, eyni zamanda məhkəmini elektron imza ilə təsdiq nüsxəsini kabinetində əldə etsin.
- Elektron məhkəmə qərar qəbul edildikdən sonra neçə gün ərzində şəxsi kabinetdə bu barədə məlumat yerləşdirilir?
- Elektron məhkəmə qərar qəbul olunduqdan sonra nəticə həmin gün vurulur sistemə. Mətn isə prosedual qaydada 10 günə qədər ərzində yerləşdirilir. Hakim tərəfindən elektron imza ilə imzalandıqdan sonra sistem avtomatik bunu yerləşdirir. Biz artıq onun üzərində işləyirik ki, şəxs məhkəməyə verilməmişdən qabaq da pretenziya barədə xəbardar olsun.