Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Aksiz markalı malların nağd qaydada topdan satılmasına görə cərimə ödəniləcək - MƏBLƏĞ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dəyişikliklə əmək qanunvericiliyinə əməl olunması barədə qərarların icra edilməməsinə görə cərimələr müəyyənləşib.
Belə ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsə qoyularaq III oxunuşda qəbul edilib.