Azərbaycanda dövlət büdcəsinə vurulan zərərin əvəzi olaraq 162,6 milyon manat və 332 min dollar ödənilib. Fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq isə 939 min manat və 45,700 dollar ödənilib.
Eləcə də bax: Mövlam Şixəliyevin general rütbəsi alınıb - Əmlakları Müsadirə Olunub - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini Elmar Camalov bildirib.
Eləcə də ölkədə cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətdən azad olunması üçün 2 milyon 681 min manat ödənilib.
Bundan başqa, əməliyyat-axtarış tədbirləri zamanı götürülmüş 1 milyon 111 min manat və 437 min dollar məbləğlərində vəsaitlər prokurorduqda qeydiyyata alınıb.
Baş prokurorun müavini qeyd edib ki, indiyədək istintaq orqanlarının sorğusuna əsasən, təqsirləndirilən şəxslərə məxsus 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, 608 avtomobil, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilib: “Bu müddət ərzində 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 13 nəqliyyat vasitəsi, 28 daşınmaz əmlak və 19 qeyri-yaşayış sahəsinin mövcudluğu yerində yoxlanılmaqla onların qiymətləndirilməsi aparılmışdır”.