Qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə cərimə 10 dəfədən çox artırılır.
Heyvanlarla rəhmsiz rəftar edənlər 800 manatdan 2000 manatadək cərimələnəcək
FED.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanın Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 1000-1300 manat , vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək , hüquqi şəxslər 6000 manatdan 8000 manatadək cərimə ediləcək.
Qüvvədə olan qanuna görə isə bu cərimələr 500 manatdan 700 manatadək məbləğdədir.