Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.
FED.az xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.
Eləcə də bax: Bütün ailə üzvləri namizəd olan sədr - GERİ ÇƏKİLDİ
Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.
F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.
Report